İtaliya yığmasının sabiq hücumçusu Mario Balotellinin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib. Newsport.az xəbər verir ki, 34 yaşlı keçmiş forvard Bolqarıstana köçməyə qərar verib.
Belə ki, “Supermario” ÇSKA ilə razılığa gəlib. Onun Sofiya təmsilçisi ilə tez bir zamanda müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, hazırda azad agent status daşıyan Balotelli karyerası ərzində “İnter”, “Milan”, “Mançester Siti” və “Adana Dəmirspor" klublarında da oynayıb.