Osimhen: "Hiss edirəm ki, yaxında qol vuracağam"

"Qalatasaray"ın futbolçusu Viktor Osimhen Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda PAOK-a 3:1 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.

Newsport.az xəbər verir ki, 25 yaşlı hücumçu 76-cı dəqiqədə vurduğu qolun avtoqol kimi qeydə alınmasına və rəqib oyunçu Baba Rahmanın adına yazılmasına münasibət bildirib: 

"Təəssüf ki, avtoqol oldu. Hiss edirəm ki, yaxında qol vuracağam. Amma ən vacibi "Qalatasaray"ın qələbə qazanmasıdır. Azarkeşlərə də təşəkkür edirəm. Superliqada və Avropada qələbələr qazanmağa davam etməliyik".

Komanda yoldaşları Mauro İkardi və Mişi Batşuayi ilə münasibətlərindən danışan nigeriyalı forvard "Qalatasaray"da olduğu üçün xoşbəxt olduğunu dilə gətirib: "Mauro İkardi ilə çox yaxşı münasibətimiz var. Eyni zamanda o liderdir. Mişi Batşuayinin xarakteri əladır. "Qalatasaray"da olduğum üçün çox xoşbəxtəm. Komanda olaraq bir-birimizə kömək edirik. Mən yoxamsa, onlar var".

Baba Rahmanın adına yazılan qol zamanı stadionda Viktor Osimhenin adı elan edilib. Arenada türkiyəli müğənni Hasibenin "Yarim" mahnısı səsləndirilib. Osimhen buna da toxunub: "Qoldan sonra səsləndirilən musiqini "Lill"də oynayarkən türkiyəli komanda yoldaım Yusuf Yazıcı ifa etmişdi. Sözlərin mənasını başa düşməmişdim, amma mahnını çox bəyənmişdim. İndi vurduğum hər qoldan sonra "Yarim" mahnısının səslənməsi çox mənalı olacaq".

Qeyd edək ki, Osimhen "Qalatasaray"a bu yay icarə əsasında "Napoli"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right