Messi “İnter Mayami”dən ayrılacaq

Argentina millisinin kapitanı Lionel Messi gələcək karyerası ilə bağlı qərarını verib. Newsport.az xəbər verir ki, 37 yaşlı superulduz MLS klubu ilə müqaviləni yeniləməyəcək.

Onun ABŞ klubu ilə sözləşməsi gələn ilin sonuna qədərdi. Messi həmin vaxt “İnter Mayami”ni tərk etməkdə qərarlıdı. Dünya çempionu karyerasının son bir ilini ilk komandası olan “Nyuells Old Boys”da keçirmək arzusundadı.

Qeyd edək ki, Lionel Messi ötən ilin yayından “İnter Mayami”nin formasını geyinir. O, MLS klubunun heyətində keçirdiyi 32 oyunda 27 qol vurub, 17 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right