"Sevilya" rəhbərliyi komandanın baş məşqçisi Qarsiya Pimienta ilə bağlı qərar verib. Newsport.az xəbər verir ki, La Liqa təmsilçisi 50 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməyi lazım bilib.
Bu barədə klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında yeni müqavilə imzalanıb. Razılaşmaya əsasə, Pimienta 2027-ci ilin yayınadək “Sevilya”nın formasını geyinəcək.
Qeyd edək ki, Qarsiya bu ilin yayından "Sevilya"nı çalışdırır. Onun rəhbərliyi altında komanda İspaniya çempionatında 7 oyundan 2-də qalib gəlib, 2-də heç-heçə edib, 3 dəfə isə uduzub.