Volkan Demirel yenidən Super Liqada çalışacaq.
Newsport.az-ın məlumatına görə, türk mütəxəssis "Adana Demirspor"un baş məşqçisi təyin olunacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
42 yaşlı məşqçi Super Liqa təmsilçisinin prezidenti Murat Sancakla görüşüb şərtləri müzakirə edib. Tərəflər arasında anlaşma əldə olunacağı bildirilir.
Qeyd edək ki, "Adana Demirspor" Maykl Valkanislə yollarını ayırıb. Volkan Demirel son iş yeri isə "Hatayspor" olub.