Zinədin Zidanın oğlu Enzo Zidan gələcəyi ilə bağlı qərar verib.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasını başa vurub. Bu barədə AS nəşri məlumat yayıb.
Təcrübəli futbolçunun bu qərarı şəxsi həyatına daha çox vaxt ayırmaq istəməsi ilə bağlı verdiyi bildirilir.
Qeyd edək ki, Enzo Zidan "Real"ın yetirməsidir. Fransalı ön xətt oyunçusiu karyerası ərzində "Alaves", "Lozanna-Sport", "Majadahonda", "Almeriya" və "Rodez"də çıxış edib. Onun son klubu İspaniya III Liqa təmsilçisi "Fuenlabrada" olub.