Əşrəf Hakimi yeni təklif alıb. PSJ cnah müdafiəçisi ilə müqavilənin müddətini uzatmaq istəyir.
Newsport.az xəbər verir ki, parislilər Mərakeş yığmasının üzvünün nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Tərəflər müzakirələr üçün əngəl görmür və qarşıdakı həftələrdə maaşın artırılması şərti ilə 2 illik yeni anlaşma üzərində işləyəcək.
25 yaşlı futbolçu 3 il öncə “İnter”dən 68 milyon avroya transfer edilib. Onun müqavilə müddəti növbəti mövsümün sonunda bitəcək. Fransa klubu Əşrəfin dostu Kilian Mbappenin istəyi ilə yetişdiyi “Real”a dönəcəyindən ehtiyat edir.