"Qarabağ" Avropa Liqasının liqa mərhələsinin ilk turunda səfərdə "Tottenhem"lə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv London təmsilçisi ilə matçın hazırlığına start verib. Azərbaycan çempionu "Azersun Arena"da məşq edir.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" qarşılaşması 26 sentyabr tarixində Bakı vaxtı ilə saat 23:00-da "Tottenhem Hotspur Stadium"da baş tutacaq.