Ter Ştegen üçün mövsüm bitdi

“Barselona” qapıçısı Mark-Andre ter Ştegeni uzun müddətə itirib. Newsport.az xəbər verir ki, Almaniya millisinin üzvü üçün mövsüm indidən başa çatıb.

Buna səbəb ulduz futbolçunun La Liqanın VI turunda “Vilyarreal”a (5:1) matçda zədələnməsidi. Birinci hissənin sonlarında yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib. 32 yaşlı ter-Ştegen yaxın müddətdə əməliyyat olunacaq.

Onun ən azı 8 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right