Avstraliya millisində yeni baş məşqçi

Avstraliya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az xəbər verir kii, bu barədə Avstraliya Futbol Federasiyası məlumat yayıb. Komanda Toni Popoviçə tapşırılıb.

51 yaşlı mütəxəssis bu vəzifədə 2018-ci ildən komandaya rəhbərlik edən Qrem Arnoldu əvəzləyib.

Avstraliya yığması DÇ-2026-nın seçmə turnirinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

Məşqçilik karyerası ərzində Popoviç “Kristal Pelas”, Yunanıstan və Türkiyə millilərində çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right