“Milan”ın yeddi oyunluq həsrəti bitdi

İtaliya A Seriyasının 5-ci turunda “İnter” və “Milan” arasında oyun baş tutub.

Newsport.az xəbər verir ki, komandalar İtaliyanın Milan şəhərində “San Siro” (Cüzeppe Meazza) stadionunda qarşılaşıblar.

Görüşü Mauritsio Marianinin (Roma) başçılıq etdiyi hakim briqadası idarə edib. “Milan” 2:1 hesabı ilə qələbə qazanıb. Beləliklə, “Milan” yeddi matçdan sonra ilk dəfə “İnter”i yenib.

Bu qələbədən sonra “Milan” 8 xal toplayaraq A Seriyasının turnir cədvəlində 6-cı yerdə qərarlaşıb. “İnter”in də aktivində 8 xal var və 7-ci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right