“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Tbilisidə Gürcüstan millisinin veteranları ilə “Milan”ın əfsanələri arasında yoldaşlıq görüşündə iştirak edib.
Newsport.az xəbər verir ki, Tsxadadze bu oyunda Gürcüstanı meydana kapitan kimi çıxarıb. Qeyd edək ki, “Milan”ın heyətində Dida, Kafu, Alessandro Kostakurta, Kristian Panuççi, Massimo Ambrozini, Serjinyo, Klarens Zeedorf, Rivaldo və Kaka kimi ulduzlar oynayıb. Görüş milanlıların qələbəsi ilə (2:2, penaltilər seriyasında 3:1) başa çatıb.