"Qalatasaray" derbiyə ciddi itkilərlə çıxacaq

"Qalatasaray" Türkiyə Super Liqasının 7-ci turunda səfərdə "Fənərbaxça"nın qonağı olacaq.

Newsport.az xəbər verir ki, "sarı-qırmızılar" İstanbul derbisinə iki itki ilə çıxacaq. Belə ki, Hakim Ziyeş və Yusuf Demir zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right