"Real" 19 yaşlı müdafiəçi üçün 45 milyon avro ödəməyə hazırdı

"Valensisya"nın müdafiəçisi Yarek Qasiorovski La Liqada klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, "kral klubu" 19 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Yarek Qasiorovski "Valensiya"nın yetirməsidir. İspaniya U-19 millisinin üzvü bu mövsüm "yarasalar"ın heyətində La Liqada 2 matçda iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right