AFFA-nın milliləşdirmək istədiyi futbolçu icarəyə verildi

“Rodina”(Moskva) klubunun futbolçusu Ruslan Fişenko mövsümə başqa komandada başlayacaq.

Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Çernomorets”də (Novorossiysk) oynayacaq.

Rusiya birinci liqasında mübarizə aparan klub əslən azərbaycanlı olan futbolçunu bir illik icarəyə götürüb.

ÇSKA-nın(Moskva) yetirməsi olan Fişenko “Rostov”, “Veles”, “Ufa” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right