“Futbolun gələcəyi Səudiyyə Ərəbistanındadır” Rakitiç

“Barselona”nın sabiq futbolçusu İvan Rakitiç Səudiyyə Ərəbistanı çempionatı barədə danışıb.

Newsport.az “Kicker”-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu Səudiyyə Ərəbistanında keçirdiyi vaxtdan məmnun olduğunu bildirib:

“Səudiyyə Ərəbistanında keçirdiyim vaxtdan məmnunam. Əminəm ki, futbolun gələcəyi Səudiyyə Ərəbistanındadır. Onların çempionatı Premyer Liqa, La Liqa və ya Bundesliqa səviyyəsinə çatmasa da, artıq ilk addımlar atılıb”.

Rakitiç 2024-cü ilin yanvar-iyul aylarında Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunda çıxış edib.

36 yaşlı futbolçu hazırda Xorvatiyanın “Hayduk” klubunda oynayır. Onun klubla müqaviləsi gələn yaya qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right