Azərbaycanlı FİFA hakimi Orxan Məmmədov beynəlxalq oyuna təyinat alıb.
Newsport.az-ın məlumatına görə, ədalət təmsilçimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya – San-Marino oyununu idarə edəcək.
6-cı qrupda baş tutacaq oyun noyabrın 11-də keçiriləcək. Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadasında Yaşar Abbasov və Vaqif Musayev köməkçi, Əliyar Ağayev dördüncü hakim funksiyasını yerinə yetirəcək.
affa.az