Marsyalın AEK-ə keçidi rəsmiləşdi

“Mançester Yunayted”dən ayrılan Antoni Marsyalın yeni klubunun adı rəsmən açıqlanıb. Newsport.az xəbər verir ki, fransalı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.

Belə ki, o, AEK ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 3 illik müqaviləyə qol çəkilib.

Qeyd edək ki, 2015-2024-cü illərdə “Mançester Yunayted”in formasını geyinən 28 yaşlı forvard Yunanıstan klubuna azad agent kimi keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right