Fonseka: “Futbol oynamağı yaddan çıxartdıq”

Dünən ağır məğlubiyyət alan “Milan”ın baş məşqçisi Paulo Fonseka uğursuzluğun səbəblərindən danışıb. O, çempionlar Liqasının Liqa mərhələsnin ilk turundakı məğlubiyyətdən məyus olduğunu dilə gətirib.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 3:1 hesabıilə qalib gələn “Liverpul”un daha yaxşı oynadığını etiraf edib: “Böyük komandaya qarşı matça yaxşı başladıq, hesabı açdıq, əla müdafiə olunduq. Amma standart vəziyyətlər zamanı diqqətsizliyimizdən 2 top buraxdıq, hər şey dəyişdi. O zaman psixoloji cəhətdən sarsıldıq. Komanda özünə inamı itirəndə əlavə problemlər ortaya çıxır. Bizdə də belə oldu, futbolçular məşqdə etmədiyi şeyləri etməyə başladı”.

Fonseka daha çox rəqibi tərifləyib: “Futbolçularım çox səhv etdi. Həm də “Liverpul” bizimlə müqayisədə daha az dəyişikliyə uğrayıb və daha hazır komandadır. Futbolu 20 yox, 90 dəqiqə oynamaq lazımdır. Təəssüf ki, biz buraxdığımız 2-ci qoldan sonra futbol oynamağı yaddan çıxartdıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right