"Qalatasaray"ın forvardı azarkeşləri gördü, fikrini dəyişdi

"Qalatasaray"ın forvardı Viktor Osimhenin qışda "Çelsi" və ya PSJ-yə keçəcəyi gündəmdədir.

Newsport.az "TRT Spor"a istinadən xəbər verir ki, nigeriyalı hücumçu Türkiyəyə gəlməmişdən əvvəl qışda komandadan ayrılmağı düşünüb.

Amma Osimhen "Qalatasaray"dakı və azarkeşlərin oyunlarda yaratdığı atmosferdən sonra fikrini dəyişib.

Onun İstanbul klubunda uzun müddət qalmaq istədiyi bildirilir.

25 yaşlı hücumçu "Napoli"yə məxsus olsa da, mövsümün sonuna qədər "Qalatasaray"da icarə əsasında oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right