Motta Çempionlar Liqasının yeni formatını bəyənir

“Yuventus”un baş məşqçisi Tiaqo Motta Çempionlar Liqasının yeni formatı barədə fikirlərini bildirib. Newsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis bu formatı bəyəndiyini deyib.

O, uğurlu çıxış etməyə çalışacaqlarını sözlərinə əlavə edib: “Belə bir turnirdə, xüsusən də doğma meydanda oynamaq qürurvericidi. Özümüz və azarkeşlərimiz üçün cəhd etməliyik. Çempionlar Liqasının yeni formatını bəyənirəm. Çoxlu rəqiblərlə görüşəcəyik. Bu, həvəsləndiricidi, çünki özümüz haqqında yeni şeylər öyrənə biləcəyik”.

Qeyd edək ki, “Yuventus” ilk oyununu sentyabrın 17-də evdə PSV-yə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right