Fransanın dördüncü divizion klubu İngiltərə millisinin sabiq futbolçusu ilə müqavilə bağlayacaq

Maliyyə problemlərinə görə hazırda Fransanın dördüncü divizionunda çıxış edən "Bordo" heyətini İngiltərə millisinin sabiq üzvü Endi Kerrolla gücləndirəcək.

Newsport.az "L'Equipe"yə istinadən xəbər verir ki, bir vaxtlar ölkəsinin "Liverpul" klubunda çıxış etmiş 35 yaşlı hücumçu ilə yaxın günlərdə müqavilə bağlanacaq.

Qeyd edək ki, E.Kerroll hazırda Fransanın aşağı divizion komandası "Amyen"in şərəfini qoruyur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right