İngiltərə millisinin qolkiperi Cordan Pikford "Everton"u tərk edə bilər.
Newsport.az-ın məlumatına görə, qapıçının hazırkı durumu məşqçilər korpusunu razı salmır.
Onun idman forması yaxşılaşmasa, ehtiyat oyunçular skamyasına göndəriləcək. Bundan əlavə, "Everton" Pikforu transferə çıxarmağı da planlaşdırır.
30 yaşlı qapıçının “Everton”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
Pikford karyerası ərzində “Sanderland”, “Darlinqton”, “Barton Albion”, “Karlayl Yunayted”, “Bradford Siti”, “Preston” klublarında oynadıqdan sonra 2017-ci ildə “Everton”a keçib.