"Liverpul"un sabiq müdafiəçisi Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək.
Newsport.az xəbər verir ki, xorvatiyalı futbolçu PAOK-a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı mərkəz müdafiəçisi Saloniki təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Deyan Lovren 2014-2020-ci illərdə "Liverpul"un formasını geyinib. Təcrübəli oyunçu son olaraq "Lion"da çıxış edib.