İspaniya La Liqasının X turu çərçivəsində baş tutan "Real” – "Las Palmas” oyununda (3:1) meydan sahiblərinin ulduz futbolçusu Kriştiano Ronaldo idmançıya yaraşmayan hərəkətlə diqqət çəkib.
Newsport.az-ın məlumatına görə, portuqaliyalı futbolçu rəqibə təpik atıb.
Oyun epizodu olmayan halda qonaqların müdafiəçisi David Simonu vuran Ronaldonun bu hərəkəti hakimin gözündən yayınıb. Ona görə də Santyaqo Xayme Latere Kriştianoya xəbərdarlıq etməyib.
Həmin anın videosunu da təqdim edirik: