Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, turun mərkəzi matçında "Trabzonspor" doğma meydanda "Beşiktaş"ı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 10-a yüksəldən "Beşiktaş" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Trabzonspor" isə 13-cü yerdədir.