“Qızıl top” barədə danışmaq istəmirəm” Hans-Diter Flik

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “qızıl top” haqda danışıb.

Newsport.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı bu barədə ictimaiyyətə danışmaq istəmədiyini bildirib:

“Mükafatı kim almalıdır? Bu maraqlı sualdır. Çox böyük oyunçular var, amma bu barədə ictimaiyyətə danışmaq istəmirəm. Bu, mənim işim deyil”.

Daha əvvəl mətbuatda fərdi mükafatın favoritlərinin braziliyalı hücumçu Vinisius Junior və ispaniyalı yarımmüdafiəçi Rodri Hernandes olduğu bildirilirdi. “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın sonunda baş tutacaq.

Ötən il mükafatın qalibi Lionel Messi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right