Dadaşov oynadı, "Dinamo" heç-heçəni xilas etdi

Almaniyada Şimal-Şərq Regional Liqasında 8-ci turun bir sıra oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo"(Berlin) evdə “Çemnitzer”lə qarşılaşıb.

Görüş qolsuz bərabərliklə yekunlaşıb. Dadaşov start heyətində meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

Hazırda "Dinamo" 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right