"Nürnberq"in səfər sınağı: Mahir ehtiyatda

Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Ulm 1846"nın qonağıdır.

Komandaların saat 15:00-da start götürəcək oyunda meydana çıxacağı heyətlər müəyyənləşib. Mahirin adı ilk dəfə iştirak ərizəsində yer alır. 27 yaşlı forvard ehtiyatdadır.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right