İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "Barselona"nın braziliyalı futbolçusu Rafinya mövsümün ilk ayının ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Rafinya ötən ay İspaniya çempionatında meydana çıxdığı 3 oyunda 3 qol vurub, 3 assist edib.
Qeyd edək ki, La Liqada ayın məşqçisi "Barselona"nı çalışdıran Hansi Flik seçilib