Türkiyənin "Qalatasaray" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Frayburq"dan Rolan Sallaini rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray" macar vinger üçün Almaniya klubuna 6 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu "sarı-qırmızılar"la 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Onun illik maaşı 2,5 milyon avro olacaq.
Qeyd edək ki, "Frayburq" Rolan Sallaini 2018-ci ilin yayında APOEL-dən transfer etmişdi. Macarıstan millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində keçirdiyi 163 rəsmi matçda 27 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.