"Fənərbaxça" Emre Moru İstanbul klubuna icarəyə verdi

Türkiyənin "Fənərbaxça" klubu Emre Moru icarəyə verib.

Newsport.az-ın məlumatına görə, "sarı-lacivərtlilər" türk vingeri İstanbulun digər təmsilçisi "Eyüpspor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı ön xətt oyunçusu 2024/2025 mövsümünü Super Liqanın debütantının heyətində keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Emre Moru 2022-ci ilin yayında "Fatih Karagümrük"dən transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right