"Ümid edirəm ki, "Barselona"dan heç vaxt ayrılmayacam, burada əfsanə olmaq istəyirəm"

"Barselona"nın hücumçusu Lamin Yamal bütün karyerasını Kataloniya klubunda keçirmək istədiyini etiraf edib.

Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, transfer dəyəri 120 milyon avro olan 17 yaşlı futbolçu hazırkı komandasını tərk etmək haqda düşünmür: 

"Mənim üçün 120 milyonun ödənilməsini istəmirəm. Çünki o zaman "Barselona"nı tərk etməli olacam. Ümid edirəm ki, "Barselona"dan heç vaxt ayrılmayacaq. Burada əfsanə olmaq istəyirəm".

Qeyd edək ki, "Barselona" yetirməsi olan Yamal 2023-cü il iyulun 1-dən əsas komandada çıxış edir. O, 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsusdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right