Şotlandiya klubunun nümayəndələri Azərbaycana nə üçün gəldi?

UEFA Konfrans Liqasında ev oyunlarını Sumqayıtda keçirəcək “Dinamo”nun (Minsk) ilk rəqibi Şotlandiyanın “Harts” klubunun nümayəndələri ölkəmiz gəlib.

Newsport.az xəbər verir ki, Şotlandiya klubunun rəsmiləri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionda qonaq olublar.

Onlar stadiona baxış keçirib, şəraitlə tanış olublar. Gələn həftə UEFA və “Dinamo”nun nümayəndələri təşkilati işlər və Konfrans Liqası üçün arenanın rebrendinqi üçün Sumqayıta gələcəklər. 

Qeyd edək ki, "Dinamo" - "Hearts" oyunu oktyabrın 3-də keçiriləcək və saat 20:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right