"Real" ukraynalı qapıçı ilə yeni müqavilə imzaladı

“Real” qapıçısı Andrey Luninlə yeni müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ukraynalı qolkiperin yeni sözləşməsi 2030-cu ilin iyununa kimi nəzərdə tutulub. 25 yaşlı qapıçının İspaniya klubu ilə əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayına qədər idi. 

Qeyd edək ki, Transfermarkt portalında Andrey Luninin dəyəri 25 milyon avrodur. O, 2018-ci ildən Madrid klubunda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right