“Qalatasaray”da ciddi itki 3 həftə olmayacaq

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Hakim Ziyeş zədələndiyi üçün 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Mərakeş millisinin heyətində sıradan çıxıb.

31 yaşlı yarımmüdafiəçinin baldır əzələsində zədə aşkarlanıb.

“Sarı-qırmızılar” Super Liqanın 5-ci turunda sentyabrın 14-də “Rizəspor”la qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right