Fransa millisinin və "Liverpul"un sabiq hücumçusu Cibril Sisse 1 il şərti həbs cəzasına məhkum edilə bilər.
Newsport.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
43 yaşlı sabiq futbolçu vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur. Bildirilir ki, 11 sentyabrda keçirilən iclasda Fransa prokurorluğu da məhkəmədən Sissenin 100 min avro məbləğində cərimələnməsini istəyib.
Qeyd edək ki, Sisse 2002-2011-ci illərdə Fransanın əsas millisində oynayıb. O, 2004-2006-cı illərdə "Liverpul"un formasını geyinib.