Almaniyada Şimal-Şərq Regional Liqasında 7-ci turun bir sıra oyunları keçirilib.
Newsport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) “Qrayfsvalder” klubunun qonağı olub.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Hazırda "Dinamo" 11 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.