"Liverpul" Salaha əvəzləyici tapdı

"Liverpul" mövsümün sonunda klubla müqaviləsi başa çatan Məhəmməd Salaha əvəzləyici tapıb.

Newsport.az-ın məlumatına görə, Mersisayd təmsilçisi "Kristal Pelas"da çıxış edən Ebereçi Ezeni gündəminə alıb. Bu İngiltərə mətbuatı məlumat yayıb.

Salah yayda komandanı tərk etsə, "Liverpul" Eze üçün onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Kristal Pelas" Ebereçi Ezeni 2020-ci ilin avqust ayında QPR-dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right