38 futbolçuya ömürlük diskvalifikasiya

Çin Futbol Assosiasiyası danışılmış oyunlar və qumar oyunları ilə bağlı araşdırmadan sonra 38 futbolçu və 5 klub rəsmisini ömürlük futboldan uzaqlaşdırıb. Newsport.az xəbər verir ki, iki il ərzində 41 futbol klubunun iştirak etdiyi 120 oyun araşdırılıb.

Nəticədə Çin millisinin üç sabiq üzvü - Jin Jinqdao, Quo Tianyu və Qu Çao, həmçinin cənubi koreyalı Song Jun Ho ömürlük diskvalifikasiya olunub.

Qeyd edək ki, avqustda Çin Futbol Assosiasiyasının sabiq vitse-prezidenti rüşvət aldığı üçün 11 il, yarışlar departamentinin keçmiş direktoru isə eyni cinayətə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right