Almaniya millisinin düşərgəsini tərk etdi

Almaniya yığmasının futbolçusu Niklas Füllkruq sıradan çıxıb. Newsport.az xəbər verir ki, o, Millətlər Liqasının 2-ci turu çərçivəsində Niderlandla görüşdən öncə zədələnib.

Bu səbəbdən 31 yaşlı futbolçu millinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb. Füllkruq bu gün Niderlandla baş tutacaq qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Füllkruq 2022-ci ildən Almaniya millisinin şərəfini qoruyur.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right