Türkiyənin "Beşiktaş" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyə çalışır.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "İnternasional"da çıxış edən Uesli Ribeyro Silvanı transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Beşiktaş" Uelsi üçün onun klubu ilə danışıqlara başlayıb. Braziliya klubu 25 yaşlı vinger üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, "İnternasional" Uesli Ribeyro Silvanı bu ilin fevral ayında "Kruzeyro"dan heyətinə qatıb. Braziliyalı ön xətt oyunçusu "qırmızılar"ın forması ilə meydana çıxdığı 35 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin sonuna kimidir.