"Fənərbaxça" "Yuventus"un futbolçusu ilə razılaşdı

“Yuventus”in futbolçusu Filip Kostiç Türkiyədə oynayacaq.

Newsport.az-ın məlumatına görə, Serbiya millisinin üzvü “Fənərbaxça”ya keçir. Artıq tərəflər arasında danışıqların müsbət yekunlaşdığı bildirilir.

Türkiyə klubu Kostiçi öncə icarəyə götürəcək, mövsümün sonunda isə transfer hüququna malik olacaq.

31 yaşşlı futbolçunun "Yuventus"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Kostiç karyerası ərzində "Qroningen", "Ştuttqart", "Hamburq", "Ayntraxt"(Frankfurt) komandalarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right