“Liverpul”un və Niderland millisinin müdafiəçisi Vircil van Deyk 2026-cı il dünya çempionatında oynamaq istədiyini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, təcrübəli futbolçu məhz həmin turnirdən sonra millidəki karyerasını başa vura bilər:
"Bəli, daha bir dünya çempionatında oynamaq istəyirəm. Başa düşürəm ki, mən hələ də orta səviyyədən yuxarıyam. “Liverpul”un kapitanıyam, komanda üçün önəmli futbolçuyam və fiziki hazırlıq baxımından özümü əla hiss edirəm".
33 yaşlı futbolçu 2015-ci ildən Niderland millisinin formasını geyinir.