"İsveç millisinin son 9 ildəki ən yaxşı hücum oyunu Azərbaycana qarşı oldu"

İsveç milli komandasının baş məşqçisi Yon Dal Tomasson Millətlər Liqasının C1 qrupunun 2-ci turunun Estoniya yığması ilə oyunu ərəfəsində Azərbaycanla görüşdə futbolçularının hücumameyilli oyununu da qeyd edib.

Newsport.az “TV4 Nyheterna”ya istinadən xəbər verir ki, danimarkalı mütəxəssis millimizlə görüşü xatırlayaraq bu cür danışıb:

"Azərbaycanla oyundan sonra maraqlandım: hücumda düşündüyüm qədər yaxşıyıq, yoxsa çox optimistəm? 2015-ci ildən başlayaraq statistikanı yoxladıq. Bu, 106 matçdır. Hücumların, topların geri qaytarılması, cərimə meydançasına ötürmələrin sayını təhlil etdik və nəticəyə gəldik ki, bu, İsveç millisinin bu 9 ildə ən yaxşı hücum oyunudur. Buna sevindim".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right