Futbolçunun anası 10 milyon avro istədi, "Barselona" razılaşmadı

"Barselona" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, Kataloniya təmsilçisi "Yuventus"dan ayrıldıqdan sonra klubsuz olan Adrien Rabyonu transfer etmək istəyir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Lakin bu keçidin baş tutması real görünmür. Fransalı yarımmüdafiəçinin meneceri olan anası Veronike Rabyo "Barselona"dan illik 10 milyon avro maaş tələb edib. İspaniya klubu isə 29 yaşlı futbolçuya bu qədər maaş ödəmək istəmir. Tərəflər arasında danışıqlar davam edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right