"900 qol vurmaq üçün hər gün çalışırdım"

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo peşəkar karyerasında vurduğu 900-cü qolunu şərh edib.

Newsport.az “Record”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun forvardı Millətlər Liqasının qrup mərhələsinin açılış turunda Xorvatiya millisi ilə qarşılaşmada (2:1) yubiley qolunu vurub.

“Sportinq”(Lissabon) klubunun yetirməsi olan Ronaldo karyerası ərzində “Mançester Yunayted”, “Real”(Madrid), “Yuventus” klublarında da çıxış edib. O, məsələ haqda bu cür danışıb:

“Bu, böyük nailiyyətdir. Mən buna nail olacağıma heç vaxt şübhə etməmişdim. Biz çox yaxşı oynadıq. 900 qol vurmaq üçün hər gün çalışırdım”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right