"Borussiya"nın hücumçusu Sebastien Haller karyerasını İspaniyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, Dortmund təmsilçisi 30 yaşlı futbolçunu "Leqanes"ə icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fil Dişi Sahili millisinin üzvü olan forvard 2024/2025 mövsümünü La Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, "Borussiya" Sebastien Halleri 2022-ci ilin yayında "Ayaks"dan transfer edib. Təcrübəli oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.