"Qarabağ"ın rəqibi müdafiəçi transfer etdi Foto

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan FCSB heyətini yeni oyunçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Buxarest təmsilçisi Mihay Popeskunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı rumıniyalı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. Popesku "Farul"dan transfer edilib.

Qeyd edək ki, "Qarabağ" FCSB ilə gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right