“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandada nizam-intizama diqqət edir.
Newsport.az-ın məlumatına görə, bir neçə həftə əvvəl futbolçular gündə iki dəfə məşq edərkən, oyunçularından biri səhər sessiyasında yatıb. Flik bütün komandanın və qərargahın qarşısında futbolçunu danlayıb. Söhbətin konkret hansı futbolçudan getdiyi bildirilmir. Bir dəfə məşqdən əvvəl oyunçularla söhbətə gecikən Lamin Yamal da cəza ilə üzləşib.
“Barselona” La Liqanın yeni mövsümündə keçirdiyi 4 oyunun hamısında qalib gəlib.